Neft bahalaşır, Brent bir barelə 79,89 dollar təşkil edir

10:08 - 12.08.2024


12 avqust, Fineko/abc.az.  ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin oktyabr müqaviləsinin dəyəri 0,29% artaraq 1 barelə görə 79,89 ABŞ dolları təşkil edib.

ABC.AZ xəbər verir ki,  Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin sentyabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0,49% artaraq 1 barelə görə 77,22 ABŞ dolları təşkil edib.