Serbiya Baş nazirinin müavini: BRICS Avropa İttifaqına real alternativdir

10:53 - 12.08.2024


12 avqust, Fineko/abc.az. Serbiya Baş nazirinin müavini BRİKS-i Avropa İttifaqına real alternativ adlandırıb.

ABC.AZ xəbər verir ki, onun sözlərinə görə, "bu təşkilat Serbiyadan heç bir şey tələb etmir, əksinə istədiyimizdən daha çox təklif edə bilər. AB isə bizdən hər şeyi tələb edir, amma artıq bizə nə təklif etdiyinə əmin deyiləm".

Baş nazirin müavini BRICS-i şans və real alternativ adlandırdı.
Serbiya Baş nazirinin müavini Aleksandr Vulin əlavə edib: " Mən çox açıq şəkildə deyirəm ki, Serbiya BRICS-in bütün imkanlarını və təşkilata üzv ölkələrlə mümkün qədər sıx əməkdaşlığı olduqca yaxşı nəzərdən keçirsin".