Türkiyədə yeni beynəlxalq hava limanının açılışı olub

11:44 - 12.08.2024


12 avqust, Fineko/abc.az. Türkiyənin yeni, sayca 58-ci hava limanı Çukurova avqustun 10-da Mersin şəhərindən 40 km məsafədə açılıb.

ABC.AZ xəbər verir ki, açılış mərasimində ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edib.

O qeyd edib ki, hava limanı sərnişin daşımalarını ilə yanaşı, regionun ixracına multiplikativ təsir göstərəcək və 3000 iş yeri açılacaq.

Türkiyə prezidentinin sözlərinə görə, Çukurova rayonunda istehsal olunan kənd təsərrüfatı məhsulları artıq müştərilərə gecikmədən çatdırılacaq və hava limanı müəssisələrin daha geniş bazarlara çıxışını asanlaşdıracaq.
Çukurova hava limanına investisiyaların ümumi həcmi 244,5 milyon avro həcmində qiymətləndirilir. Proqnozlara görə, 25 ildən sonra hava limanının icarəsindən əldə olunan gəlir 297,1 milyon avro təşkil edəcək.