12:13 - 12.08.2024
12 avqust, Fineko/abc.az. "Fitch Group"a aid olan "Fitch Solutions” (FS) şirkəti 2024-2028-ci illər üzrə "Brent" markalı etalon neftin bir barel üçün orta qiyməti ilə bağlı proqnozunu yeniləyib.
ABC.AZ Apa-ya istinadla xəbər verir ki, bu barədə "Fitch Solutions” şirkətinin hesabatında bildirilib.
Proqnoza əsasən, 2024-cü il üzrə "Brent" markalı neftin orta qiyməti 85 ABŞ dolları (proqnoz dəyişməyib), 2025-ci ildə isə 82 dollar (öncəki proqnoz – 84 dollar) təşkil edəcək.
Bundan başqa şirkət 2026-2028-ci illərdə "Brent"in orta qiymətinin 81 dollar (proqnoz dəyişməyib) səviyyəsində olacağını proqnozlaşdırır.
Qeyd edək ki, "Fitch Solutions”un hesablamalarına əsasən, 2023-cü ildə “Brent” markalı neftinin orta qiyməti 82,18 dollar təşkil edib.
11 Sentyabr 2024
11 Sentyabr 2024
11 Sentyabr 2024
11 Sentyabr 2024
11 Sentyabr 2024
11 Sentyabr 2024
11 Sentyabr 2024
11 Sentyabr 2024
9 Sentyabr 2024
9 Sentyabr 2024
9 Sentyabr 2024
9 Sentyabr 2024
9 Sentyabr 2024
9 Sentyabr 2024