12:24 - 12.08.2024
12 avqust, Fineko/abc.az. Çində marşrutu Rusiya və ÇXR ərazisindən keçən "Changlyuhao" Beynəlxalq Turizm qatarı işə salınıb.
ABC.AZ xəbər verir ki, 68 km uzunluğundakı ilk "Changlyuhao" marşrutu Çin boyunca Tumannaya çayı boyunca uzanır. Səfər təxminən üç saat davam edib. Gələcəkdə reyslər əvvəlcə Vladivostoka, sonra isə Moskvaya qədər həyata keçiriləcək.
"Marşrutun açılması Çin, Rusiya və Şimali Koreya turizmini birləşdirən yeni bir vizit kartı olacaq və Tsilin əyalətində sərhəd turizminin inkişafına təkan verəcək", - deyə Changchong Turizm Universitetindən bildiriblər.
Qatarın interyeri Rusiya imperiyasının imperator qatarları üslubunda işlənilib, sərnişinlər isə rus mahnıları dinləyir və rus mətbəxinin yeməklərinə qonaq olurlar. Belə turizmin məqsədlərindən biri də çinli və rusiyalı tələbələr arasında mədəni mübadilədir.
6 Sentyabr 2024
6 Sentyabr 2024
6 Sentyabr 2024
6 Sentyabr 2024
6 Sentyabr 2024
6 Sentyabr 2024
6 Sentyabr 2024
6 Sentyabr 2024
6 Sentyabr 2024
6 Sentyabr 2024
6 Sentyabr 2024
6 Sentyabr 2024
6 Sentyabr 2024