Avropada qazın qiyməti 470 dollara yaxınlaşır

15:35 - 12.08.2024


12 avqust, Fineko/abc.az.  Bu gün keçirilə hərraclar zaçanı Avropada qazın 1 000 kubmetrinin qiyməti ötən ilin dekabrından ilk dəfə olaraq 460 ABŞ dollarını ötüb.

ABC.AZ Apa-ya istinadla  xəbər verir ki, 12 avqust tarixində TTF (Niderlandın "Title Transfer Facility"i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə sentyabr fyuçerslərinin qiyməti 467,6 dollar təşkil edib.

Qeyd edək ki, 2020-ci ilin dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.