“Sabunçu Ticarət Təchizat” məhkəməyə verilib

16:59 - 12.08.2024


12 avqust, Fineko/abc.az.  “Sabunçu Ticarət Təchizat” ASC idarəçilik qaydaları əleyhinə olan (Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinə mane olma) inzibati xəta protokolu üzrə cərimə oluna bilər.

ABC.AZ xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə protokol irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 548.2-ci  maddəsinə əsasən, vəzifəli şəxslər 500-600 manatadək məbləğdə, hüquqi şəxslər 1500-2000 manatadək məbləğdə cərimə edilir.
 İşə Bakı Şəhər Sabunçu Rayon Məhkəməsində hakim Anar Rzayev təyin edilib.