09:50 - 13.08.2024
13 avqust, Fineko/abc.az. 17 sentyabr 2024-cü il tarixdə "Bank Respublika"ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
ABC.AZ Banka istinadla xəbər verir ki, gündəlikdəki məsələlər aşağıdakılardır:
1. İclasın sədrinin və katibinin təyin edilməsi.
2. İclasın gündəliyinin təsdiq edilməsi.
3. 2024-cü ilin birinci yarımili üzrə Kənar audit yoxlamasının nəticələri haqqında.
4. "Bank Respublika" ASC-də Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında.
Yığıncaq Bakı şəhəri, Xaqani küçəsi, 21 ünvanında yerləşən bankın Baş Ofisində keçiriləcək.
Qeyd edək ki, hazırda "Bank Respublika" ASC-da Müşahidə Şurasının sədri Şakir Rəhimov, Müşahidə Şurasının üzvləri Yohannes Meynhardt, Elçin Quliyev, İrina Şmidt və Steffan Karstendir.
"Bank Respublika" ASC-nin İdarə Heyətinin sədri Tariyel İsmayılov, İdarə Heyəti sədrinin müavinləri Elnur Həsənov və Aslan Abasovdur.
12 Sentyabr 2024
12 Sentyabr 2024
12 Sentyabr 2024
12 Sentyabr 2024
12 Sentyabr 2024
12 Sentyabr 2024
12 Sentyabr 2024
10 Sentyabr 2024
10 Sentyabr 2024
10 Sentyabr 2024
10 Sentyabr 2024
10 Sentyabr 2024
10 Sentyabr 2024
10 Sentyabr 2024
10 Sentyabr 2024