Yeddi ayda elektrik enerjisinin istehsalı azalıb

12:01 - 13.08.2024


13 avqust, Fineko/abc.az.  Cari ilin yanvar-iyul aylarında ölkədə elektrik enerjisinin istehsalı 16 269 mln. kVt-saat olub, bu da illik müqayisədə 0,33% azdır.

ABC.AZ Energetika Nazirliyinə istinadla xəbər verir ki, 7 ay ərzində elektrik enerjisi istehsalı İstilik Elektrik Stansiyalarda 13 863,7 mln. kVt-saat, Su Elektrik Stansiyalarda isə  1 867,3 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.

Məlumata görə, digər mənbələr üzrə elektrik enerjisi istehsalı 538 mln. kVt-saat təşkil edib.