12:23 - 13.08.2024
13 avqust, Fineko/abc.az. “Fitch Ratings” beynəlxalq reytinq agentliyi Cənub Qaz Dəhlizi (CQD) QSC-nin yüksək səviyyəli təminatsız avrobondların xarici valyutada uzunmüddətli reytinqini “BB+” səviyyəsindən “BBB-” səviyyəsinə yüksəldib.
ABC.AZ Apa-ya istinadla xəbər verir ki, reytinqin artırılması Azərbaycanın uzunmüddətli kredit reytinqinin “BB+” səviyyəsindən “BBB-” səviyyəsinə yüksəldilməsindən sonra həyata keçirilir.
"CQD-nin 2026-cı ildə ödəmə müddəti başa çatan 2 milyard ABŞ dolları həcmində avrobondlarının reytinqi dövlətin CQD-nin not sahiblərinə verdiyi tam və vaxtında ödənilməsinin qeyd-şərtsiz, subordinasiyalı və geri alınmaz zəmanətini əks etdirir. Nəticədə, Fitch notların reytinqini Azərbaycanın xarici valyutada uzunmüddətli emitent defoltu reytinqini ilə bərabərləşdirib"- açıqlamada bildirilib.
17 Sentyabr 2024
17 Sentyabr 2024
17 Sentyabr 2024
17 Sentyabr 2024
17 Sentyabr 2024
17 Sentyabr 2024
17 Sentyabr 2024
17 Sentyabr 2024
17 Sentyabr 2024
16 Sentyabr 2024
16 Sentyabr 2024
16 Sentyabr 2024
16 Sentyabr 2024
16 Sentyabr 2024
16 Sentyabr 2024
16 Sentyabr 2024
16 Sentyabr 2024
16 Sentyabr 2024