Azərbaycanda orta illik inflyasiya 1%-ə çatıb

14:38 - 13.08.2024


13 avqust, Fineko/abc.az.  Cari ilin iyul ayında istehlak qiymətləri indeksi 2023-cü ilin iyul ayına nisbətən 102,7 faiz təşkil edib.

ABC.AZ  Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, dövr üzrə qida məhsulları, içkilər və tütün məmulatları üzrə inflyasiya 2 faiz, qeyri-qida məhsulları üzrə 1,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 4,3 faiz təşkil edib. 

2024-cü ilin iyul ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,9 faiz, yanvar-iyul aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 101 faiz təşkil edib.
Cari  ilin iyul ayında inflyasiya əvvəlki aya nisbətən 0,9 faiz, yanvar-iyul aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 1 faiz təşkil edib.