ABŞ Qiymətli Kağızlar Komissiyası NovaTech təsisçilərini fırıldaqçılıqda təqsirləndirdi 

15:44 - 13.08.2024


13 avqust, Fineko/abc.az. ABŞ-ın Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) NovaTech-in təsisçilərini – Sintiya və Eddi Petyonu 650 milyon dollardan çox saxta sxemlər təşkil etməkdə günahlandırıb.

ABC.AZ xəbər verir ki, SEC bildirir ki, NovaTech fırıldaqçılığından zərər çəkənlərin sayı dünyada 200.000-dən çoxdur. Tənzimləyici hesab edir ki, NovaTech kriptovalyutalara və valyuta bazarlarına vəd edilmiş investisiyalar əvəzinə mövcud investorlara ödəmək üçün yeni investorların vəsaitlərindən istifadə edib. NovaTech maliyyə piramidası 2019-cu ildə başlamış və 2023-cü ilə qədər davam etmişdir.

SEC ayrıca Martin Zizi, Topilin Dunbar, James Corbett, Corey Sampson, John Garofano və Marsh Hadley'i sxemin təbliğindəki rollarına görə ittiham edib. Tənzimləyici müttəhimlərin daimi qadağasını, mülki-hüquqi sanksiyaların tətbiq edilməsini və NovaTech-dən vəsaitlərin geri qaytarılmasını istəyir.