16:21 - 13.08.2024
13 avqust, Fineko/abc.az. Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2024-cü ilin yanvar-iyul aylarında 37,3 milyard manatlıq sənaye məhsulu istehsal edilib. Bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə neft-qaz sektorunda məhsul istehsalı 1,1%, qeyri neft-qaz sektorunda isə 8% artm deməkdir.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, sənaye məhsulunun 65%-i mədənçıxarma sektorunda, 29,3%-i emal sektorunda, 4,8%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Qeyd olunur ki, mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 4,3% azalıb, əmtəəlik qaz hasilatı isə 6,4% artıb.
10 Oktyabr 2024
10 Oktyabr 2024
10 Oktyabr 2024
10 Oktyabr 2024
10 Oktyabr 2024
10 Oktyabr 2024
10 Oktyabr 2024
7 Oktyabr 2024
9 Oktyabr 2024
8 Oktyabr 2024
8 Oktyabr 2024
8 Oktyabr 2024
8 Oktyabr 2024