İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ötən ili zərərlə başa vurub

17:24 - 13.08.2024


13 avqust, Fineko/abc.az.  Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) 2023-cü ili 864 min manat xalis zərərlə başa vurub. Halbuki, Agentlik 2022-ci ildən 9 min manat zərərlə çıxmışdı.

ABC.AZ "Report"a istinadla xəbər verir ki, ötən il İKTA-nın gəlirləri 1 milyon manat (əvvəlki il olmayıb), inzibati xərcləri 1,797 milyon manat (əvvəlki ilə nisbətən 193 dəfə çox), maliyyə xərcləri 6 min manat (əvvəlki il olmayıb), digər xərcləri 6 min manat (əvvəlki il olmayıb), amortizasiya xərcləri 47 min manat (əvvəlki il olmayıb), mənfəət vergisi ödəmələri 8 min manat (əvvəlki il olmayıb) təşkil edib.

Bu il yanvarın 1-nə İKTA-nın aktivləri 200 min manat olub ki, bu da illik müqayisədə 5 dəfə azdır. Hesabat dövründə Agentliyin öhdəlikləri 16,8 dəfə artaraq 67 min manat, balans kapitalı isə 7,5 dəfə azalaraq 132 min manat olub, 100 min manatlıq nizamnamə kapitalı formalaşıb.