Dünya bazarlarında Azərbaycan nefti  84,49 dollara ticarət edilib

09:52 - 14.08.2024


14 avqust, Fineko/abc.az.  Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti cüzi ucuzlaşıb.

ABC.AZ  xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,17 ABŞ dolları və ya 0,2% azalaraq 84,49 dollarına bərabər olub.
Qeyd edək ki, ötən gün "Azeri Light" 84,66 dollara ticarət edilib.