“Eni” şirkəti Qazaxıstandan Almaniyaya neft tədarük etməyə başlayıb

10:27 - 14.08.2024


14 avqust, Fineko/abc.az. İtaliyanın “Eni” şirkətinin Qazaxıstanın törəməsi olan Agip Caspian Sea “Drujba” boru kəməri ilə Almaniyaya neft tədarükünə başlayıb.

ABC.AZ xəbər verir ki, iyun ayında Rusiya ərazisindən tranzit yolu ilə bu boru kəməri ilə çatdırılan “Eni” xammalının göndərilməsinin həcmi təxminən 20 min ton təşkil edib.

"Agıp Caspian Sea – "Qaraçaqanak Petrolium Operiting" (Qaraçaqanak yatağının operatoru) və "Inpex North Caspian Sea" (Yapon Inpex-in" qızı") şirkətlərindən sonar – Qazaxıstandan “Drujba” yolu ilə AFR-ə neft ixrac edən üçüncü şirkət oldu", - məlumatda deyilir.

2024-cü ilin birinci yarısında “Agıp Caspian Sea” Novorossiysk limanı vasitəsilə 48,5 min ton neft ixrac edib, 2023-cü ilin yanvar-iyun aylarında isə şirkət Novorossiysk vasitəsilə 40,5 min ton neft tədarük edib.
Rusiya neftinin "Drujba" yolu ilə Almaniyaya tədarükü sanksiyalar səbəbindən 2023-cü ilin əvvəlində dayandırıldı. 2023-cü ilin fevral ayının sonunda "Drujba"dakı Rusiya malları Qazaxıstandan tədarüklərlə əvəz olundu.