Yeddi ayda əhalinin yanacaq xərcləri  artıb

10:32 - 14.08.2024


14 avqust, Fineko/abc.az.  Cari ilin yeddi  ayında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 1 milyard 821,2 milyon manatlıq avtomobil

benzini və dizel yanacağı satılıb. Bu isə, ötən ilin eyni dövrü ilə müqayisədə 6,8 % çoxdur.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, ötən dövr ərzində alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 5,6 %-i avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.

Qeyd edək  ki, bu ilin yanvar-iyul aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 32,3 milyard manatlıq, o cümlədən 17,8 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 14,5 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2023-cü ilin yanvar-iyul ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,4 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,9 %, qeyri-ərzaq malları üzrə 5,3 % artıb.