Türkiyəyə birbaşa xarici investisiyaların axını 6 ay ərzində bu qədər təşkil edib

12:01 - 14.08.2024


14 avqust, Fineko/abc.az. Bu ilin ilk 6 ayında Türkiyəyə birbaşa xarici investisiyaların (BXİ) axını 2023-cü ilin analoji dövrü ilə müqayisədə 5% azalaraq 4,7 milyard dollar təşkil edib.

ABC.AZ xəbər verir ki, Beynəlxalq Investorlar Assosiasiyasının (YASED) bülleteninə əsasən, bu ilin ilk 6 ayı ərzində Türkiyəyə 4,69 milyard dollar həcmində BXİ daxil olub.

2023-cü ilin eyni dövrü ilə müqayisədə 5% azalmasına baxmayaraq, 2024-cü ilin ilk altı ayında toplanan BXİ-lərin həcmi eyni dövr üçün cari hesab kəsirinin 28%-ni təşkil edib.
2002-ci ildən Türkiyəyə BXİ axınının ümumi dəyəri 268 milyard dolları ötüb.