Azərbaycan və Türkiyə kibertəhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirir

12:19 - 14.08.2024


14 avqust, Fineko/abc.az. Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Azərbaycanda səfərdə olan Türkiyə Respublikası Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgünlə görüşüb.

Bu barədə ABC.AZ Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadla xəbər verir.

Qeyd edilib ki, görüşdə İKT, kosmik sənaye, süni zəka və kibertəhlükəsizlik sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub. Azərbaycanda bu sahələrdə təlim proqramlarının həyata keçirilməsi və iki ölkə mütəxəssislərinin təcrübə mübadiləsinin təşkili istiqamətində tədbirlər görülməsi qərarlaşdırılıb.