Yeddi ayda Bakı-Tbilisi-Ərzurum kəmərilə ixrac edilən qazın həcmi 13 mlrd. kubmetri ötüb

15:21 - 14.08.2024


14 avqust, Fineko/abc.az. Cari ilin yanvar-iyul aylarında Azərbaycandakı magistral təbii qaz kəmərləri ilə 23 milyard 869 milyon kubmetr təbii qaz nəql edilib və əvvəlki ilin eyni aylarına nisbətən 0,5 faiz azalma müşahidə olunub.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a verilən məlumata görə, yeddi ayda qaz nəqlinin 56,2 faizi Bakı-Tbilisi-Ərzurum (Cənubi Qafqaz Boru Kəməri - CQBK) boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmərlə təbii qaz nəqli 5,4 faiz artaraq 13 milyard 423,3 milyon kubmetr təşkil edib