Dövlət büdcəsinin gəlirləri  20%  artıb

15:52 - 14.08.2024


14 avqust, Fineko/abc.az. Cari  ilin yeddi ayında Azərbaycanın dövlət büdcəsinin gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,3% artaraq 22 milyard 584,9 milyon manat təşkil edib. 2023-cü ilin eyni dövründə bu rəqəm 18 milyard 766,6 milyon manata bərabər olub.

 Dövlət Statistika Komitəsindən ABC.AZ-a verilən məlumata görə , yanvar-iyul aylarında büdcənin xərcləri isə 10,4% artaraq 19 milyard 458,4 milyon manata yüksəlib. 2023-cü ilin ilk 7 ayında büdcə xərcləri 17 milyard 620,5 milyon manat təşkil edib.

 2024-cü ilin yeddi  ayında dövlət büdcəsinin profisiti 3 milyard 126,5 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 2,7 dəfə çoxdur. 2023-cü ilin eyni dövründə bu rəqəm 1 milyard 146,1 milyon manat təşkil edib.