Bu ölkədə alimlər sağlamlığı izləmək üçün ağıllı parça hazırladılar  

16:11 - 14.08.2024


14 avqust, Fineko/abc.az. Kanadada bədən istiliyini enerjiyə çevirən maksen əsaslı ağıllı material hazırlanıb. 

ABC.AZ xəbər verir ki, bu cür materialdan hazırlanan geyim sağlamlıq göstəricilərinin davamlı monitorinqini aparmağa kömək edəcəkdir. Vaterloo Universitetinin (Kanada) tədqiqatçıları günəş işığından və bədən istiliyindən hasil olunan enerji ilə təmin edən bir material təklif ediblər.

Bunun üçün alimlər karbon və metal təbəqələrindən ibarət nanomaterial olan titan tərkibli maksen (Ti3C2Tx MXene) istifadə ediblər. Yüksək istilik və elektrik keçiriciliyi, elastikliyi ilə xarakterizə olunur və ultrabənövşəyi şüaları udur. Alimlər yeni material üçün əsas olaraq neylon parçanı götürüblər. Onun üzərinə keçirici şəbəkə yaradan maksen tətbiq olunub.