Neft-qaz sektorunda çalışanların sayı artıb

16:22 - 14.08.2024


14 avqust, Fineko/abc.az. Yanvar-iyul aylarında iqtisadiyyatın neft-qaz sektorunda çalışanların sayı 0,6 faiz artaraq 31,8 min nəfər olub.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a bildirilib ki, orta aylıq nominal əməkhaqqı neft-qaz sektorunda 3845,2 manat təşkil edib.
Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 954,7 manat, özəl müəssisələrdə isə 1054 manat olub.