“Şahdəniz” qazının ixracı artıb

17:14 - 14.08.2024


14 avqust, Fineko/abc.az. 2024-cü ilin yeddi aynda Azərbaycanda magistral qaz kəmərləri ilə 23 869 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin göstəricisinə nisbətən 0,5% azalma müşahidə olunub. 

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, qaz nəqlinin 56,2%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Bu boru kəməri vasitəsilə “Şahdəniz” qaz-kondensat yatağında hasil edilən qaz ixrac edilir.

Qeyd olunur ki, hesabat dövründə bu kəmərlə 13 423,3 mln. kubmetr qaz ötürülüb (5,4%-lik artım).

Xatırladaq ki, ötən il Azərbaycanda magistral qaz kəmərləri ilə 39 806,9 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin göstəricisinə nisbətən 1,4% artım müşahidə olunub. Qaz nəqlinin 54,8%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Hesabat dövründə bu kəmərlə 21 800,1 mln. kubmetr qaz ötürülüb (2022-ci ilin göstəricisi ilə müqayisədə 4,8%-lik artım).