Ani Ödənişlər Sistemilə bankomatlardan hesablara mədaxil imkanı yaradılıb

16:07 - 15.08.2024


15 avqust, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən Ani Ödənişlər Sisteminin (AÖS) əhatə dairəsinin genişləndirilməsi və istifadəçilər üçün təqdim olunan rəqəmsal həllərin çeşidinin artırılması istiqamətində işlər davam etdirilir.

AMB-dən ABC.AZ-a bildirilib ki, AÖS üzərindən bankomatlar vasitəsilə hesablara mədaxil funksionallığı “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) tərəfindən reallaşdırılan layihə çərçivəsində istismara verilib.

 Belə ki, ABB-yə məxsus yeni nəsil bankomatlarda sadəcə “AniPay ID” (mobil nömrə, FİN kod, elektron poçt ünvanı) daxil edilməklə ölkə ərazisində fəaliyyət göstərən istənilən bankdakı hesaba mədaxil imkanı yaradılıb.

Mədaxil prosesi zamanı əlavə heç bir bank rekvizitinin qeyd edilməsinə ehtiyac qalmır.