KOBİA-ya məxsus şirkət nizamnamə kapitalını azaldır

17:00 - 15.08.2024


15 avqust, Fineko/abc.az. İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) məxsus "Birgə İnvest" MMC nizamnamə kapitalını 24 925 manat və yaxud 0,8 % azaltdığını elan edib.

ABC.AZ İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadla xəbər verir ki, son nəticədə şirkətin kapitalı 3 220 000 manatdan 3 195 075 manata endiriləcək.