İyul ayında əhali  630 milyon manatlıq geyim alıb

17:34 - 15.08.2024


15 avqust, Fineko/abc.az. Cari ilin yeddi ayında Azərbaycanda pərakəndə ticarət məntəqələrində toxuculuq məhsulları, geyim və ayaqqabılara 4 milyard 133.3 milyon manat vəsait xərclənib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 4.9% çoxdur.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, cari ilin iyul ayında pərakəndə ticarət məntəqələrində toxuculuq məhsulları, geyim və ayaqqabılara xərclənən vəsaitin həcmi isə 632.8 milyon manata bərabər olub.

Qeyd edək ki, cari ilin yanvar-iyul ayları ərzində istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 12.8%-i toxuculuq məhsullarına, geyim və ayaqqabıların alınmasına sərf olunub.

Hesabat dövründə ölkədə toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 247,8 milyon manat dəyərində məhsul istehsal edilib.