17:48 - 15.08.2024
15 avqust, Fineko/abc. az. Tacikistan elektrikli nəqliyyat vasitələrinin idxalını artırır və çinli tərəfdaşlarla əməkdaşlıq edərək öz istehsalını yaratmağı planlaşdırır.
ABC.AZ xəbər verir ki, bu barədə respublikanın nəqliyyat nazirliyi məlumat verib.
"Ölkə hökuməti yanında Gömrük Xidmətinin məlumatına görə, 2023-cü ildə Tacikistana cəmi 59 milyon dollar dəyərində 3 316 elektrik avtomobili idxal edilib. Təkcə bu ilin ilk 6 ayında 76,4 milyon dollar dəyərində 5 266 elektrokar idxal edilib ki, bu da idxal olunan avtomobillərin ümumi sayının 26,7%-ni (19,7 mindən çox) təşkil edir", - məlumatda belə deyilir.
"Bundan əlavə, Tacikistan Çin şirkətləri ilə birlikdə elektrikli nəqliyyat vasitələrinin istehsalına başlamağı planlaşdırır", - deyə qeyd edilir.
"Tacikistan ekoloji cəhətdən təmiz və ucuz elektrik enerjisi istehsal edən MDB ölkələrindən biridir. Bu baxımdan, ölkədə elektrikli nəqliyyat vasitələrinin istifadəsi hər cəhətdən, xüsusilə yanacaq qiymətlərinin artdığı dövrdə, daha məqsədəuyğun və effektivdir", - nəqliyyat naziri Azim İbrohim bildirib.
16 Sentyabr 2024
16 Sentyabr 2024
16 Sentyabr 2024
16 Sentyabr 2024
16 Sentyabr 2024
16 Sentyabr 2024
16 Sentyabr 2024
16 Sentyabr 2024
16 Sentyabr 2024
16 Sentyabr 2024
16 Sentyabr 2024
16 Sentyabr 2024
16 Sentyabr 2024
16 Sentyabr 2024
16 Sentyabr 2024
16 Sentyabr 2024