Ağdam Sənaye Parkında led işıqların istehsalı müəssisəsi yaradılır

16:53 - 16.08.2024


16 avqust, Fineko/abc.az. “Ledline” MMC-yə Ağdam Sənaye Parkının rezidenti statusu verilib.

İqtisadi Zonaların İnkişafı Agentliyindən (İZİA) ABC.AZ-a bildirilib ki, şirkət tərəfindən sənaye parkının 1 hektar ərazisində led işıqların istehsalı müəssisəsi inşa ediləcək.

Müəssisədə Çin və Türkiyə texnologiyası əsasında 3 növdə led işıqlar istehsal olunacaq. İnvestisiya həcmi 4,5 milyon manat olan layihə çərçivəsində 44 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur. Müəssisədə istehsal ediləcək məhsullar daxili bazarın tələbatının ödənilməsinə yönəldiləcək.