Bu iki ölkə qarşılıqlı turizmin inkişafına dair razılığa gəliblər

10:56 - 19.08.2024


19 avqust, Fineko/abc.az. Rusiya Federasiyasının İqtisadi İnkişaf naziri Maksim Reşetnikovun Səudiyyə Ərəbistanı Krallığının turizm naziri Əhməd Əl-Xətiblə turizm sahəsində ikitərəfli əməkdaşlığın aktual məsələlərinə həsr olunmuş onlayn görüşü keçirilib.

ABC.AZ xəbər verir ki, iki ölkə arasında turizm sahəsində dövlətlərarası əlaqələrin kökündən yeni səviyyəyə qaldırılması qərara alınıb.

"Görüşdən sonra tərəflər hər iki ölkənin bazarlarında turizm məhsullarının keyfiyyətinin və tanınmasının artırılması, investisiya əməkdaşlığının gücləndirilməsi, viza maneələrinin azaldılması və qarşılıqlı nəqliyyat əlaqəsinin yaxşılaşdırılması istiqamətində bir sıra praktiki addımlar atıblar. Əsas razılaşmalar tərəflərin 2024-cü ilin sonuna qədər imzalamağa razılaşdıqları əməkdaşlıq Memorandumunun əsasını təşkil edəcək", - deyə İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidməti bildirir.