"AKABE" şirkəti ləğv edilir

15:40 - 19.08.2024


19 avqust, Fineko/abc.az. "AKABE" ASC-in Ümumi Yığıncağı 09 avqust 2024-cü il tarixdə hüquqi şəxsin hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən ləğv edilməsi barədə qərar qəbul etmişdir.

ABC.AZ şirkətin məlumatına istinadla xəbər verir ki, kreditorlar 60 gün ərzində ləğv edilən hüquqi şəxsə qarşı tələblərini Bakı, Binəzəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi, ev.12 ünvana bildirə bilərlər.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 61.7-ci maddəsinə əsasən ləğv edilən hüquqi şəxsin kreditorlarına pul vəsaiti ödəmə barədə tələblərin daxil olduğu növbəlilik qaydasında ləğvetmə komissiyası (təsviyəçi) tərəfindən ödəniləcəkdir.

Qeyd edək ki, 4 min manat nizamnamə kapitalı olan "AKABE" ASC-nin İdarə Heyətinin sədri Səməd Hacıyevir.