15:51 - 19.08.2024
19 avqust, Fineko/abc.az. Rusiya Cənubi Qafqazda vəziyyətin nizamlanmasında iştirak etməyə hazırdır.
ABC.AZ xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə məhdud tərkibdə keçirilən görüşdə bildirib.
Rusiya Prezidenti deyib: “Artıq Sizinlə dünən bu məsələyə toxunmuşuq, bu gün davam etdirəcəyik. Bu, Cənubi Qafqazda vəziyyətin nizamlanmasına aiddir. Aydındır və hamıya yaxşı məlumdur ki, Rusiya, o cümlədən Ukrayna istiqamətində böhranlarla üzləşir. Amma Rusiyanın Cənubi Qafqazdakı vəziyyətdə tarixi iştirakı son bir neçə ildə bizə bu hadisələrə cəlb olunmağın vacibliyini diktə edir, əlbəttə, tərəflərin lazım bildiyi hissədə”.
Vladimir Putin, həmçinin qeyd edib: “Əgər biz Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanmasına nail olmaq üçün nəsə edə biləriksə, vəziyyəti delimitasiya, sərhədlərin demarkasiyasına gətirib çıxararıqsa, Sizinlə dəfələrlə qeyd etdiyimiz kimi, müvafiq logistika istiqamətlərinin və ya iqtisadiyyatın qarşısında maneələri aradan qaldırarıqsa, buna çox şad olardıq”.
8 Oktyabr 2024
8 Oktyabr 2024
8 Oktyabr 2024
8 Oktyabr 2024
8 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024