“Supra” istehsalçısı Rusiyada “Nokia” ticarət nişanının qorunmasını dayandırmaq istəyir

12:23 - 20.08.2024


20 avqust, Fineko/abc.az. “Supra” və “Orion” brendi altında elektronika istehsal edən Honq-Konqda yerləşən “Multigoods Production Limited” şirkəti Rusiya intellektual hüquqlar Məhkəməsinə Finlandiyanın Telekommunikasiya avadanlıqları istehsalçısı “Nokia”ya qarşı iddia qaldırıb və onun Rusiya Federasiyasındakı ticarət nişanının mühafizəsini dayandırmasını tələb edib.

ABC.AZ xəbər verir ki, daha öncə başqa bir telekom avadanlığı istehsalçısı “Ericsson”, Rusiya Federasiyasında hüquqi problemlərlə qarşılaşmışdı: kondisioner istehsalçısı "Rusklimat" İsveç şirkətini “Ericsson” ticarət nişanlarının hüquqi müdafiəsini dayandırmaq istəyi ilə məhkəməyə vermişdi. Ümumilikdə, ölkədə tanınmış brendlərin mühafizəsini ləğv etməyə çalışan yerli biznesin iddialarının sayı ötən il artmağa başlayıb.

“Multigoods Production Limited” dörd ay ərzində “Amazon”, “Hugo Boss”, “Akai” və s. daxil olmaqla on bir oxşar iddia qaldırmışdı. Hüquqşünaslar hesab edirlər ki, bu cür şirkətlərin ticarət markalarının qorunmasını ləğv etməyin əsas məqsədi markaları digər təşkilatlara satmaq üçün ola bilər.