“Səba Broyler” bağlanma məsələsinə aydınlıq gətirdi

14:37 - 20.08.2024


20 avqust, Fineko/abc.az.  Bu gün bir sıra kütləvi informasiya vasitələri və İnternet resurslarında  “Səba Broyler” ASC-nin fəaliyyətini dayandırması, “Səba” markası ilə toyuq və toyuq məhsulları istehsalına son qoyulmasına dair məlumat yayılıb.

Azərbaycan quşçuluq təsərrüfatlarının ictimai birliyindən ABC.AZ-a bildirilib ki,  “Səba” markası ilə toyuq əti və məhsullarının istehsalı dayandırılmayıb.

 Bu istehsalı “Səba Broyler” ASC-nin yaratdığı Chiken Pro MMC həyata keçirir.

MMC-rəhbərliyindən verilən məlumata görə, istehsal müəssisəsinin yenidən qurulması, müasir texnologiyaların tətbiqinin genişləndirilməsi üçün zəruri investisiya qoyuluşu həyata keçiriləcək.