Neft ucuzlaşır, Brent bir barelə $77,06 təşkil edir

09:30 - 21.08.2024


21 avqust, Fineko/abc.az. Neftin etalon markalarının qiyməti əvvəlki iki seansın sonunda düşdükdən sonra çərşənbə günü hərracda azalır.

ICE Futures birjasında Brent markalı neftin oktyabr fyuçerslərinin qiyməti saat 09:28-də $0,14 (0,18%), bir barel üçün $77,06-a düşüb. Avqustun 20-də keçirilən hərracların nəticələrinə görə, Brent neftinin oktyabr fyuçersləri $0,46 (0,59%) ucuzlaşaraq bir barel üçün $77,20-a düşüb.

NYMEX əmtəə birjasının ticarətində WTI neftinin oktyabr fyuçerslərinin qiyməti saat 09:28-də $0,17 (0,23%) azalaraq bir barel üçün $73,00-a düşüb. Avqustun 20-də aparılan hərracların nəticələrinə görə, WTI neftinin oktyabr fyuçersləri $0,49 (0,67%) ucuzlaşaraq bir barel üçün $73,17-a düşüb.