10:39 - 21.08.2024
21 avqust, Fineko/abc.az. Cari ilin yeddi ayında Azərbaycanda dövlət əmlakının özəlləşdirmə və icarəsindən dövlət büdcəsinə 122,8 milyon manat vəsait ödənilib.
ABC.AZ İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidmətinə istinadla xəbər verir ki, yeddi ayda keçirilən hərraclarda 5 səhmdar cəmiyyətinin səhm paketi, 6 kiçik dövlət müəssisəsi, 465 nəqliyyat vasitəsi satılıb. Hərraca çıxarılmış dövlət əmlakı üzrə 360 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron Hərrac” proqram təminatı vasitəsilə 44 onlayn qoşulma reallaşıb.
Cari ilin ilk 7 ayında özəlləşdirmədən dövlət büdcəsinə 100,7 milyon manat vəsait daixl olub, ötən ilin eyni dövrü ilə müqayisədə 46,1% artım qeydə alınıb.
Hesabat dövründə 350-si qeyri-yaşayış, 1.881-i isə torpaq sahəsi üzrə olmaqla 2.231 yeni icarə müqaviləsi bağlanılıb.
7 ayda daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə 22,1 milyon manat vəsaitin ödənilməsi təmin olunub, ötən ilin eyni dövrü ilə müqayisədə 14,5% artım qeydə alınıb.
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024