Cari ildə sığorta ödənişlərin həcmi 55.6% artıb

12:31 - 21.08.2024


21 avqust, Fineko/abc.az. Yeddi ayda Azərbaycan sığorta bazarı üzrə yığımlar 9.5% artaraq 833 milyon 851 min manata çatıb.

Bu barədə ABC.AZ Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Qeyd olunur ki, bu dövrdə həyata keçirilən sığorta ödənişlərin həcmi 55.6% artaraq 440 milyon 192 min manata yüksəlib.

Sığorta bazarının zərərlilik göstəricisi artıb. Belə ki, ötən ilin ilk 7 ay ərzində toplanmış hər 100 manat sığorta haqqının 37.1 manatı ödəniş edilibsə, bu ilin eyni dövründə bu rəqəm 52.8 manat olub.