12:35 - 21.08.2024
21 avqust, Fineko/abc.az. Pakistan Qazaxıstandan enerji resurslarının idxalında maraqlıdır.
ABC.AZ xəbər verir ki, bu barədə Qazaxıstanın Pakistandakı səfiri Yerjan Kistafin bildirib.
Diplomat qeyd edib ki, yuxarıda göstərilən malların çatdırılması üçün logistika vacibdir.
"Ölkələrimiz arasında malların çatdırılması üçün biz regionun ən azı iki ölkəsini keçməliyik. Türkmənistan, Özbəkistan, Əfqanıstan, hətta Çin və ya Tacikistan olsun. Hazırkı mərhələdə bizim vəzifəmiz məhsulların, o cümlədən enerji resurslarının ağrısız, vaxtında və yüksək keyfiyyətlə çatdırılmasına imkan verəcək kifayət qədər nəqliyyat-logistika infrastrukturu yaratmaqdır", - Kistafin əlavə edib.
2023-cü ildə Qazaxıstan və Pakistan arasında ticarət dövriyyəsinin həcmi 52,5 milyon dollar təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 40% azdır (73,5 milyon dollar).
15 Oktyabr 2024
15 Oktyabr 2024
15 Oktyabr 2024
15 Oktyabr 2024
15 Oktyabr 2024
15 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024