SOCAR Vyetnamın enerji şirkətləri ilə əməkdaşlığı genişləndirir

14:17 - 21.08.2024


21 avqust, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Vyetnamın “Vietsovpetro” və “PetroVietnam” şirkətləri arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

ABC.AZ  SOCAR-ın məlumatına istinadla xəbər verir ki, görüşdə SOCAR-ın vitse-prezidenti Babək Hüseynov Vyetnamın “Vietsovpetro” şirkətinin qazma işləri üzrə baş direktoru Fam Xuan Son və “PetroVietnam” şirkətinin neft və qaz müqavilələrinin idarə edilməsi şöbəsinin rəhbəri Tran Manh Cuong iştirak ediblər.

Həmçinin görüşdə təcrübə mübadiləsinin vacibliyi qeyd edilib, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.