"Qazprom" Ukrayna üzərindən qaz tranzitini ötürməyə davam edəcək

15:46 - 21.08.2024


21 avqust, Fineko/abc.az. "Qazprom" Ukrayna üzərindən qaz tranzitini USQ-nin nəzarəti altında olan "Suca" qaz ölçmə stansiyasından istifadə etməklə davam etdirir.

ABC.AZ xəbər verir ki, bu barədə şirkətin rəsmi nümayəndəsi Sergey Kupriyanov bildirib.

Onun sözlərinə görə, bu il maksimum vurma göstəricisi gündə 42,5 milyon kubmetrə çatıb.

Kupriyanov qeyd edib ki, hərbi əməliyyatlara baxmayaraq, "Naftoqaz" və "Qazprom" arasında mövcud tranzit müqaviləsi üzrə Rusiya tərəfi 2022-2024-cü illər ərzində Ukraynaya 3,5 milyard dollardan çox pul ödəməlidir.