Norveç neft-qaz yataqlarının kəşfiyyatına investisiyaları artırmaq istəyir

15:57 - 22.08.2024


22 avqust, Fineko/abc.az. Norveç Dəniz Direktorluğu (Norveç Offshore Directorate, NOD) bu enerji ehtiyatlarının hasilatının azalmasının qarşısını almaq üçün neft-qaz yataqlarının kəşfiyyatına investisiyaları artırmağı planlaşdırır.

ABC.AZ xəbər verir ki, bu, təşkilatın press-relizində deyilir.

Məlumatda qeyd olunur ki, Norveçin kontinental şelfində xeyli neft və qaz ehtiyatlarına baxmayaraq, 2025-ci ildən başlayaraq ümumi hasilatın azalması gözlənilir.

"Buna görə də hasilatın azalmasını ləngitmək üçün kəşfiyyatın inkişafına, eləcə də yeni yataqların kəşfinə və infrastruktura investisiyaları artırmalıyıq. İnvestisiyaların olmaması neft sənayesinin sürətlə dağılmasına səbəb olacaq", - NOD direktoru Hyersti Dale bildirib.