16:17 - 22.08.2024
22 avqust, Fineko/abc.az. Bu ilin noyabr ayında Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransı (COP29) keçiriləcək.
ABC.AZ xəbər verir ki, ilkin məlumatlara görə, COP29 dövründə ölkəyə 80-140 min turistin gəlməsi gözlənilir. Bu baxımdan otel qiymətləri fantastik səviyyəyə qalxıb.
Hazırda COP29 tədbiri üçün xüsusi olaraq yaradılmış accommodation.bnetwork onlayn platformasında otellər sifariş etmək mümkündür.
Son məlumatlara görə, sistemdə ümumilikdə 81 otel var. Sistemdəki otellərin əksəriyyəti 2 ulduzlu, hətta 1 ulduzlu otellər də var.
Ancaq 1 ulduzlu otellərdə belə qiymətlər olduqca yüksəkdir. Məsələn, metronun "Gənclik" və "Nərimanov" stansiyaları arasında yerləşən Consul Hotel-də 1 otağın gündəlik qiyməti 165 dollar təşkil edir və 280 manata təklif olunur.
2 ulduzlu otel qiymətləri 150-160 dollardan başlayır və əksər otellər 300-500 dollardan başlayır. Hələ ki ən bahalı 2 ulduzlu otelin qiyməti 583 dollar (təxminən 1 000 manat) təşkil edir.
Başqa bir maraqlı məqam – COP29 ilə əlaqədar olaraq otaqlar ən azı 11 gün müddətinə verilir. Yəni, bu oteldə qalmanın 11 gecəsi üçün 6 413 dollar, yəni təxminən 11 000 manat tələb olunur.
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024