16:41 - 22.08.2024
22 avqust, Fineko/abc.az. Türkiyə gündəlik neft və qaz hasilatı üzrə növbəti rekordlar qırıb.
ABC.AZ xəbər verir ki, bu barədə Respublikası Energetika Nazirliyinin rəhbəri Alparslan Bayraktar bildirib.
"Milli enerji və mədən siyasəti çərçivəsində biz öz vəsaitimiz və imkanlarımız hesabına xarici enerji resurslarından asılılığa son qoymaq üçün qətiyyətlə irəliləyirik. Gündəlik neft və qaz hasilatında yeni rekordlar qoyulub", - nazir X sosial şəbəkəsindəki səhifəsində yazıb.
Məlumata görə, gündəlik neft hasilatı rekordu avqustun 17-də 107,621 barel hasil edildiyi zaman qeydə alınıb. Avqustun 15-də isə hazırda maksimum qaz həcmi – 7,609 milyon kubmetr əldə edilib.
Türkiyə son illər öz ərazisində, eləcə də Qara dənizdə və Şərqi Aralıq dənizində qaz və neft yataqlarının kəşfiyyatını gücləndirib.
9 Oktyabr 2024
9 Oktyabr 2024
9 Oktyabr 2024
9 Oktyabr 2024
9 Oktyabr 2024
9 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024