17:15 - 22.08.2024
22 avqust, Fineko/abc.az. "Sky Net Telecom" MMC əmək qanunvericiliyini pozmaqda ittiham edilir.
ABC.AZ xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.
İş baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib. İş üzrə hakim Abbas Rzayev təyin edilib.
İXM-nin 192.1-ci maddəsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.
8 Oktyabr 2024
8 Oktyabr 2024
8 Oktyabr 2024
8 Oktyabr 2024
8 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024