Neft bahalaşır, Brent bir barel üçün $77,28 təşkil edir

09:25 - 23.08.2024


23 avqust, Fineko/abc.az. Ötən sessiyanın yekunlarına görə, etalon markaların qiymətləri cümə günü ticarətdə cüzi yüksəlir.

ICE Futures birjasında Brent markalı neftin oktyabr fyuçerslərinin qiyməti saat 09:20-də $0,06 (0,08%) artaraq bir barel üçün $77,28-a yüksəlib. Avqustun 22-də keçirilən hərracların nəticələrinə görə, Brent neftinin oktyabr fyuçersləri bir barelə $1,17 (1,54%) artaraq $77,22-a çatıb.

NYMEX əmtəə birjasının ticarətində WTI neftinin oktyabr fyuçerslərinin qiyməti saat 09:20-də $0,05 (0,07%) artaraq bir barelə $73,06-a yüksəlib. Avqustun 22-də aparılan hərracların nəticələrinə görə, WTI neftinin oktyabr fyuçersləri saat 09:20-də $1,08 (1,50%) artaraq bir barel üçün $73,01-a yüksəlib.