11:02 - 23.08.2024
23 avqust, Fineko/abc.az. Keniya ilk nüvə stansiyasını 2034-cü ilə qədər qurmağı planlaşdırır və tədqiqat reaktorunun 2030-cu illərin əvvəllərində istifadəyə verilməsi gözlənilir.
ABC.AZ xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin birinci katibi (baş nazirə bərabər vəzifə) Musaliya Mudavadi bildirib.
Keniyalı rəsminin sözlərinə görə, layihənin məqsədi ölkənin enerji potensialını artırmaq, CO2 emissiyalarını azaltmaq və yeni iş yerləri yaratmaqdır. Keniya 1965-ci ildə MAQATE-nin üzvü oldu, AES-in inşasına hazırlıq isə 2010-cu ildə başladı.
Yerli nüvə və Enerji Agentliyinin (NuPEA) analoji tarixləri olan planı mart ayında səsləndirilmişdi. Kilifi və Kvale bölgələri AES üçün potensial yaşayış yerləri seçilmişdi və Nairobidən 64 km cənubda yerləşən Konza Technopolis texnologiya mərkəzində tədqiqat reaktoru üçün torpaq ayrılmışdı.
Hal-hazırda Keniya elektrik enerjisinin təxminən 90%-ni geotermal və hidroenerasiya, külək elektrik stansiyaları, günəş elektirk stansiyaları və biokütlə kimi bərpa olunan mənbələrdən istehsal edir.
Keniya prezidenti Uilyam Ruto bu rəqəmi 2030-cu ilə qədər 100%-ə qədər artırmağı planlaşdırır.
9 Oktyabr 2024
9 Oktyabr 2024
9 Oktyabr 2024
9 Oktyabr 2024
9 Oktyabr 2024
9 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024