14:32 - 23.08.2024
23 avqust, Fineko/abc.az. Ər-Riyad metropoliteni bu il fəaliyyətə başlayacaq. Bu, bir mərhələdə inşa edilən dünyanın ən böyük metro layihəsi olacaq.
ABC.AZ xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının nəqliyyat və logistika xidmətləri naziri Saleh Əl-Casser bildirib.
Riyad şəhəri üzrə Kral Komissiyasına görə, metro 85 stansiyanı birləşdirən, 176 km uzunluğunda və sıx məskunlaşmış ərazilərdən keçən altı xəttdən ibarət olacaq. Layihənin dəyəri 22,5 milyard dollar qiymətləndirilir.
Nazir Yaxın Şərqdə ən böyük logistika mərkəzinin – Maersk Logistics Zone-un açılış mərasimi çərçivəsində Al-Arabiya Business verdiyi müsahibədə metronun istifadəyə veriləcəyi barədə məlumat verib. Layihəyə qoyulan investisiyaların həcmi 1,3 milyard rial (345 milyon dollardan çox) təşkil edib.
2023-cü ildə Səudiyyə Ərəbistanı dünyada 17-ci yerə yüksələrək logistika səmərəliliyi indeksində xeyli uğurlar qazandı. Bundan əlavə, son üç ildə dəniz rabitəsinin səmərəlilik göstəriciləri iki dəfə artmışdır.
8 Oktyabr 2024
8 Oktyabr 2024
8 Oktyabr 2024
8 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024