15:59 - 23.08.2024
23 avqust, Fineko/abc.az. Böyük Britaniya sakinləri qaz və elektrik enerjisi üçün 10% daha çox pul ödəyəcəklər, çünki dünyada təbii qazın qiyməti artır.
ABC.AZ xəbər verir ki, beləliklə, bu il oktyabrın 1-dən etibarən tariflər ildə 1 717 funt sterlinqə qədər artacaq. İndiki tarif 1 568 funt sterlinqdir, yəni artım 10% olacaq. Ölkədəki hər bir ailə elektrik enerjisinə ildə orta hesabla 149 funt daha çox xərcləyəcək.
Ofgem enerji tənzimləyicisinin rəhbəri Jonathan Brirley, bir çox ailə üçün bu qiymət artımının "son dərəcə çətin" olacağını deyib. O, həmçinin güzəştlər verilən şəxsləri yardım üçün enerji şirkəti ilə əlaqə saxlamağa çağırıb.
9 Oktyabr 2024
9 Oktyabr 2024
9 Oktyabr 2024
9 Oktyabr 2024
9 Oktyabr 2024
9 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024