“BMW” “Tesla”nı Avropada elektromobil satışında ötüb

17:20 - 23.08.2024


23 avqust, Fineko/abc.az. Almaniyanın Bayerische Motoren Werke AG (BMW) şirkəti iyul ayında  Avropada elektromobillərin satışında “Tesla Inc.” şirkətini ilk dəfə geridə qoyub.

ABC.AZ xəbər verir ki, bu, Jato Dynamics analitik şirkətinin icmalında deyilir.

Bölgədə tam elektrikli BMW avtomobillərinin satışları keçən ay üçdə birdən çox çox artaraq 14.869 ədədə çatdı. Tesla avtomobillərinin satışı 16% azalaraq 14 561-ə düşüb.

Tesla, bu ilin əvvəlindən etibarən satılan elektromobillərin sayına görə Avropada liderliyini davam etdirir, lakin BMW və Volvo Car AB kimi şirkətlərə getdikcə daha çox yer verir.

Ümumilikdə, iyul ayında Avropada 139,3 min yeni elektromobil satılıb ki, bu da bir il əvvələ nisbətən 6% azdır.