10:55 - 26.08.2024
26 avqust, Fineko/abc.az. "Pakistan Rusiya ilə enerji sahəsində danışıqlardan razıdır".
ABC.AZ xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mümtaz Zəhra Baloç bildirib. Onun sözlərinə görə, ölkələr uzunmüddətli mayeləşdirilmiş təbii qaz (LNG) tədarükünü müzakirə etməyə başlayır. Nazirlikdən bildirilib ki, ötən il enerji daşıyıcılarının tədarükü ilə bağlı müqavilə imzalanıb. Test rejimində ilk gəmi 100 min neft tədarük edib.
Rusiya Baş nazirinin müavini Aleksandr Novak iyul ayında LNG tədarükünün Rusiya prezidenti Vladimir Putin və Pakistan Baş naziri Şahbaz Şərifin ŞƏT sammiti çərçivəsində keçirdiyi görüşdə müzakirə olunduğunu dedi. Baş nazirin müavininin sözlərinə görə, Moskva Pakistana 7 milyon barel neft tədarük edib.
9 Oktyabr 2024
9 Oktyabr 2024
9 Oktyabr 2024
9 Oktyabr 2024
9 Oktyabr 2024
9 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024